Azəri / English
Ana Səhifə Müştərilər Tərəfdaşlar Qlobal Fəaliyət T.V.S Mövcud SSN™ Haqqımızda Əlaqə

Haqqımızda

One Smart Star™ sistemi patentlə qorunan yenilikdir. Ondan istifadə edən orta və böyük təşkilatlar ümumi informasiyaya vahid çıxış imkanını təmin etməklə qarşısıalınmaz üstünluyə nail olurlar. One Smart Star™ sistemi, müştəri loyallığını güclü artıran təsdiq olunmuş identifikasiya vasitəsini təklif edərək qlobal şəkildə sürətlə yayılır.

Hemi Tzubari – Təsisedən, İcraçı Müdir

Cənab Hemi Tzubari One Smart Star™-da Təsisedən və İcraçı Müdir vəzifəsini yerinə yetirən şəxsdir. Bundan əvvəl Cənab Hemi Tzubari səs və yazı xəttinin tanınması üçün proqram təminat üzrə ART – “Advanced Recognition Technologies” şirkətində maliyyə üzrə baş müdir və inzibtı işlər üzrə müdir vəzifələrində işləyib. ART şirkətində o gündəlik əməliyyatlara nəzarət edirdi və bu şirkəti iki qiymətli kağız təklifinə və həmçinin sonradan US NASDAQ siyahısında olan ScanSoft şirkətilə birləşməyə səbəb oldu. Bundan əvvəl o, şərqi Avropanın ən böyük tikinti şirkətlərindən biri olan “Global Trade Center” təşkilatında kontrolçu vəzifəsində işləyib. Cənab Tzubari Tel Aviv Menecment Kollecindən İnzibatı İdarəetmə sahəsində Humanitar Elmlər Bakalavarı dərəcəsini alıb və İsrail dövlətində Təsdiqlənmiş İçtimayi Mühasibatçıdır.

Deyvid Sussan - Təsisedən, Prezident

Cənab Sussan One Smart Star™-da Təsisedən və Prezident vəzifəsini yerinə yetirən şəxsdir. Bundan əvvəl o “Kesem Real Estate and Development” şirkətinin sahibi və İcraçı Müdür vəzifəsini tutmuşdur. 1989-cu ildə əsası qoyulmuş “Kesem” müxtəlif komersiya və dövlət layihələrinə planlaşdırma və inkişafetmə xidmətlərini təqdim edir. “Kesem” həmçinin su ambarları və avtomatlaşdırılmış yanğın söndürmə sistemləri tikir. Cəmab Sussan Elektrik mühəndislik üzrə təsil alıb və “Kesem Real Estate and Development” şirkətini yaradmazdan öncə bu sahədə bir neçə il işləyib.

Cənab Yakov Şulman - Satış üzrə Vise-Prezident

Yakov Şulman əvvəllər mobil telefonlar üçün CMOS kameralarını işləyib hazırlayan və təchiz edən “TransChip” şirkətində satış üzrə Vise-Prezident vəzifəsində və həmçinin səs və yazı xəttinin tanınması üçün qabaqçılı proqram təminatları üzrə mobil telefonların istehsalçılarına, layihəçilərinə və operatorlarına lisenziya verən ART – “Advanced Recognition Technologies” şirkətində satış üzrə Vise-Prezident və İcraçı Müdir vəzifələrində işləyib. ART şirkətində Yakov qlobal satış və marketiq üzrə şöbə yaratdı və Nokia, LG, Motorola, Mitsubishi Electric, NEC, Panasonic, BenQ, Logitech, Siemens, Hitachi və Compal kimi mobil telefonların istehsalçıları ilə satış üzrə əməktaşlıq qurdu. O, ART-ın ScanSoft şirkətilə birləşməsindən əvvəl onun gəlirli bir şirkət olmasına səbəb oldu. ART şirkətindən əvvəl Yakov səkkiz il “Tadiran”-da müxtəlif vəzifələr tutub o cümlədən Satış və Marketinq üzrə Vise-Prezident müavini. Bu vəzifədə o Asiya Sakit Okean, Avstraliya, Afrika və Cənubi Amerikadakı işlərin idarə edilməsinə baxırdı. Cənab Şulman İsrailin Haifa şəhərindəki nüfuzlu “Technikon” Texnoloqiya İnstitutundan Elmi Bakalavr və Elmi Maqistr dərəcəsini alıb və üstəlik İnstitutun Sənaye Menecmenti üzrə kursunu müvəffəqiyyətlə bitirib.

Cənab Tzvika Friedman - Məsləhət Komitəsinin Üzvü

Tzvika Friedman hal hazırda Alvarion (NASDAQ: ALVR) şirkətində İcraçı Müdir vəzifəsini yerinə yetirir və bu vəzifədə o 2005-ci ilin Oktyabr ayından işləyir. Bundan əvvəl Cənab Friedman Alvarion şirkətinin Prezidenti və Baş Əməliyyat Müdiri olub. Bu vəzifələrdə o, şirkətin müxtəlif sahədə gündəlik idarəetməsi məsələlərinə dair məsuliyyəti öz üzərində daşıyıb o cümlədən tədqiqat və hazırlanma, əməliyyatlar, satış şöbəsi, və marketinq və müştəri xidməti şöbələri. Ondan əvvəl Cənab Friedman “ECI Telecom” şirkətinin “Next Generation Telephony and DCME” bölümünün Vise-Prezidenti və Baş Meneceri olub. Üstəlik o, “ECI Telecom” şirkətinin “SDH” bölümündə Satış və Marketiq üzrə şöbəsinin Vise-Prezidenti vəzifəsində işləyib. Cənab Friedman Tel Aviv universitetindən elektrik mühəndisliyi sahəsində maqistr dərəcəsini və “London Business School” universitetindən menecment sahəsində “Sloan Program Masters” maqistr dərəcəsini alıb.



Hal hazırda bu sahifə gizli saxlanır...

One Smart Star - One Number One Identity.