Ana Səhifə Müştərilər Tərəfdaşlar Qlobal Fəaliyət T.V.S Mövcud SSN™ Haqqımızda Əlaqə

T.V.S

İstifadə olunan abbreviatura:

  • SSN™ – Smart Star Nömrəsi™ (Ulduz işarəsi <*> və sonra 4 rəqəm)
  • OSS™ xidməti – SSN™-i təqdim edən One Smart Star™ xidməti
  • OSS™ Şirkəti – “İP”-ni saxlayan və bütün OSS Şirkətlərinə dəstək verən One Smart Star™ Qlobal şirkəti
  • Dövlət OSS™ – Müəyyən ölkədə xidmət göstərən OSS™ Şirkəti

S1. SSN™ üçün potensial müştəri kimdir?
A. SSN™ xidməti, öz müştəriləri ilə davamlı və tez-tez dialoqda olan biznes sahəsinəki sifarışçilər və hökumət idarələri üçün nəzərdə tutulub.
B. Müxtəlif vəlumat vasitələri kanallarında öz işlərini/xidmətlərini reklam edən və öz müştərilərini onlara tez-tez zəng etməyə həvəsləndirmək istəyən şirkətlər.
C. . Biznes sahələri məsələn: Banklar; İnvestisiya evləri; sığorta şirkətləri; Səhiyə – Tibb Mərkəzləri və klinikalar; Mehmanxanalar; Hava Yolları; Turizm Şirkətləri; Avtomobil Kirayəsi; Avtomobil lizinqi; Avtomobil Satan Şirkətlər, Taksi Xidmətləri üzrə Şirkətlər; Avtobus Xidmətləri; Dəmir yol; Univermaqlar; Pərakəndə Satış Dükanlarının Şəbəkəsi; Çatdırma Xidmətləri; Restaranlar; Bilet Bronlama; Xidmət Göstərən Təşkilatlar; Press – Qəzetlər, Jurnallar, Kabel və Peyk Televiziyası; Tikinti Şirkətləri.
D. Hökumət İdarələri: Sosial Müdafiə; İşə Düzəlmə Xidmətləri, Yolun Texniki Qulluğu; Lisenziya Şöbəsi; Bələdiyyə.
E. Reklam Kompaniyaları və məhdud vaxtlı xidmətlər (layihə üzrə kvartiraların və ya evlərin satışı).

S2. SSN™-lər fərdi şəxslərə satılmaq üçün nəzərdə tutulub?
A. Yox.SSN™-lər şirkətlər və hökumət idarələri üçündür.

S3.Operator OSS™ xidmətindən istifadə edilməsində niyə maraqlı olmalıdır?
A. SSN™, şirkətlərə asan yadda qalan giriş nömrələrini verən, zəng edən müştərilərin sayını əhəmiyyətli dərəcədə artıran və operatorlar üçün rabitə istifadəsinin (və gəlirin) artmasına səbəb olan rahat bir əlavədir.
B. Şirkətlərdə SSN™ vasitəsilə 20%-dən çox rabitə istifadəsinin artması müşahidə olunub.
C. OSS™ aktivləşdirilmiş hər SSN™-ə görə operatora aylıq məbləğ ödəyəcək.

S4.OSS™ Xidmətini kim reklam edəcək?
A. Dövlət OSS™i bu xidməti yaradacaq, onun marketinqi ilə məşğul olacaq, potensial müştərilərə onu reklam edəcək, satışına baxacaq və aylıq ödəmələri toplayacaq.
B. Mövcüd olan operator-müştəri xidmətinə/müqaviləsinə dəyişikliklər edilməyəcək.
C. Operatorlar arasında qarşılıqlı əlaqə müqaviləsinə dəyişikliklər edilməyəcək.

S5.Niyə Operator qısa kodlar nömrəsini özü tətbiq etmək əvəzinə OSS™ ilə əməkdaşlıq etməlidir?
A. Tək bir xüsusi operator ilə məhdudlaşan qısa kod biznes müştərilərini cəlb etməyəcək və operator üçün rabitə istifadəsini əhəmiyyətli dərəcədə artırılmasına səbəb olmayacaq.
B. SSN™ -nin üstünlüyü və biznes müştərilərə onu cəlb edən xüsusiyyət, müştərilərin, har hansı bir mövcüd olan şəbəkədən istifadə edərək istəlinən telefondan (stasionar və ya mobil telefondan) zəng edib əlaqə saxlamaq imkanıdır. SSN™həmçinin Elektron Poçt və Vebsayt vasitəsilə işləyəcək.
C. OSS™ bütün operatorlar ilə müqavilə bağlayacaq. Dövlət OSS™-i bu xidməti yaradacaq, onun marketinqi ilə məşğul olacaq, potensial müştərilərə onu reklam edəcək, satışına baxacaq və aylıq ödəmələri toplayacaq.

S6. SSN™ həyata keçirilməsinə dair hansı texniki məhdudiyyətlər/problemlər var?
A. Heç bir texniki problem yoxdur. Hər SSN™ mövcud olan adi telefon nömrəsi ilə təyin edilib. Əməliyyat Çevirmə sistemində (və ya SMS Mərkəzində) yerləşən Marşrut cədvəlləri əsasındadır. Marşrut cədvəlləri SSN™ aktivləşdirilərkən (adətən Şəbəkə Əməliyyatları Mərkəzi vasitəsilə) modernizasiya olunurlar.
B. OSS™ sistemi tam şəkildə 12 aydır istismar olunur və yüksək səviyyədə işləyir. Sistemin sazlanması ilkin işə salınma zamanı yerinə yetirilmişdir.
C. Sistem bütün aşağıda verilən xidmətləri təqdim edir: səsli zəng, faks, SMS, Vebsayt, Elektron Poçt və Poçt.

S7. OSS™xidməti patentlə qorunurmu?
A. Bəli OSS™xidməti PTC (Məxfi Rabitə texnoloqiyası) və həmçinin EPO (Avropanın Patent İdarəsi) vasitəsilə Patentlə (gözlənilir) qorunur.
B. Patentlərə OSS™ Şirkəti sahib olur və Dövlət OSS™-lərinə verilir.

S8.SSN™-ə dair başqa ölkələrdə nə təcrübə toplanıb?
A. SSN™-nin təqdim və qəbul olunması tez bir müddəttə həyata keçdi. İlkin  olaraq şirkətlər öz SSN™-lərini adi telefon nömrələri ilə birgə reklam edirdilər. Ancaq qısa bir müddətdən sonra, müştərilər tərəfindən qəbul olunduğuna əmin olduqdan sonra onlar yalnız SSN™-ni istifadə etməyə başladılar.
B. isteklatçılar yeni SSN™ konseptini qəbul etdilər və onların müraciyətləri artır. Statistika 3 ay ərzində SSN™ nömrələrinin trafikindəki artımın 20%-dan çox olduğunu göstərir. Ardıcıl bir neçə kvartalda trafikin davamlı şəkildə 15%-dan çox artması müşahidə olunub.
C. Operatorlar bu xidmətdən çox razıdılar çünki o, onlar tərəfindən əlavə heç bir vəsait tələb etmədən onların gəlirlərini artırır.

S9. SSN™ xidməti müştərilər üçün tam pulsuz (toll free) nömrə ola bilərmi?
A. Bəli, SSN™ tam pulsuz nömrəyə qoşula bilər əgər şirkət Tam Pulsuz (Toll free) nömrələr operatoru ilə müvafiq müqavilə bağlasa.

S10.SSN™ xidmətindən istifadə edilməsi istehlakçılardan əlavə xərc tələb edirmi?
A. Xeyr. İstehlakçı adi nömrəyə zəng etdiyi zaman odədiyi məbləği odəyəcək.

S11. Operatorlardan tələb olunan hansı texniki tələblər var?
A. Yaxşı olardı ki, onların şəbəkələrində DTMF (İki Tonlu Çox Tezlikli Yığma) imkanları olsun. (* və # imkanlarına malik olmayan impulslu nömrə yığmadan istifadə edən köhnə tipli telefon və ATS-lər üçün İTU tövsiyə olunur: * işarəsi 11 rəqəmlə və  # işarəsi 12 rəqəmlə əvəz edilir)
B. SSN™-ni kliyent tərəfindən təqdim edilmiş telefon nömrəsinə 24 saat ərzində qoşun.
C. SSN™-i düzgün qaydada işlədin.
D. Hər hansı bir əmələ gələn nasazlığı x saat ərzində təmir edin.

S12. Operator hər SSN™-ə yeni xətt ayırmalıdırmı?
A. Xeyr. Hər yeni SSN™ şirkətdə artıq mövcud olan xəttən istifadə edir və zənklər sadəcə olaraq ona yönəldilir.

S13.SSN™ sistemini dəstəkləmək üçün Rəqəmsal ATS-ə modifikasiya etmək tələb olunurmu?
Baxır ATS-ə. * işarəsini hamısı tanıyır. Bəzi hallarda prosesin gedişini şəbəkədə daha effektiv etmək məqsədilə * işarəsi faktiki rəqəmdən əvvəl gələn bir neçə rəqəmə çevrilir məsələn 1212.

S14. E-num xidmətindən olan ONOI və SSN™ arasında olan fərq nədir?
http://www.enum.org/index.html -dən olan sitatada: “ENUM ənənəvi telefon rabitə sistemini və gələcək nəsil İP şəbəkələrini birləşdirir, müxtəlif şəbəkə ünvanlarının əks olunması və emalı üçün əhəmiyyətlı infrastruktur təqdim edir. O, ən elementar və geniş istifadə olunan rabitə ünvanını – telefon nömrəsini – bir çox müxtəlif qurğularda və tətbiqi proqramlarda (Səsli Zəng, Faks, mobil telefon, mətn mesajları, ünvan üzrə xidmətlər və internet) istifadə olunan universal identifikasiya vasitəsinə çevirir. ENUM, telefon nömrələrini Domen Adı Sistemi (DNS) əsaslı strukturdan istifadə edərək URL-lərə çevirməyə imkan verir. Telefon nömrələrini DNS-ə yerləşdirməklə, ENUM müxtəlif tətbiqi proqramlar (o cümlədən Səsli İP (VOİP) video, “presence” və cəld mesajlaşma) üçün funksional uyğunluğun yaradlmasına kömək edir. (ENUM) Elektron Numerasiya RFC 3761-də müəyyən olunduğu kimi iki əsas konseptləri əhatə edən nisbətən sadə protokoldur:
¡¤ TN-dən domen adının yaradılması prosesi və DNS texnoloqiyasından istifadə edərək onun internet ünvanına (resursun universal identifikatoru və ya URI) çevirilməsi
¡¤ ENUM domen adlarının e164.arpa domenində hostinq edilməsi

Məsələn, +1 (202) 555-1212 telefon nömrəsi 2.1.2.1.5.5.5.2.0.2.1.e164.arpa adlı ENUM domeninə çeviriləcək. Həmin domen adına olan DNS sorğusu sonda URI təqdim edən bir və ya daha çox DNS sənədlərinə (NAPTR sənədləri) çevriləcək.2.1.2.1.5.5.5.2.0.2.1.e164.arpa domen adı SIP (Seansın Başlamasına Dair Protokol) URI (Resursun Universal İdentifikatoru) sip:12125551212@voipcarrier.net -ə çevrilə bilər. SIP proxy xidməti sonra başlanan SİP istifadəçisi və tamamlanan SİP istifadəçisi arasında seans yaratmaq üçün URI-ı istifadə edəcək.

Bu sitada göründüyü kimi bu, VOIP ilə əlaqə yaradılmasının asanlaşmasına dair (ABŞ-da 2006-cı ilin ortalarında başlayan) bir təşəbbüsdür. Bu telefon nömrə əsasında yaradılıb ancaq əslində ilkin telefon nömrəsindən daha uzundur. Bizim SSN™ (Smart Star Nömrə) ideyamız, yeni, asan reklam edilən və asan yığılan QISA və asan yadda saxlanılan nömrə təqdim etməkdən ibarətdir. Əgər ENUM ideyası yayılsa və təkminləşsə biz sadəcə öz SSN™-ə bu xidməti də əhatə edəcəyik.

 

One Smart Star - One Number One Identity.